Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

11:26 - 6 Aprel 2020 - Xəbər

Naxçıvanda 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 

Ucnoqta.az nuhcixan.az-a istinadən xəbər verir ki, karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır: "Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmışdır. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”. 

Xəbər xətti