İtaliyada bir gündə koronavirusdan 525 nəfər ölüb

20:26 - 5 Aprel 2020 - DÜNYA

İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 525 nəfər ölüb, 4 316 nəfərdə isə yoluxma qeydə alınıb.

Bu  barədə İtaliya Mülki Müdafiə Departamentinin hesabatında bildirilib. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 128948-ə, virusdan ölənlərin sayı isə 15887-yə çatıb.///Apa

Xəbər xətti