Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib - Foto

18:03 - 5 Aprel 2020 - Xəbər

Gücləndirilmiş xüsusi karantin rejiminin daxil olduğu gecə saatlarından etibarən Mingəçevirdə 12 nəfər vətəndaş barəsində inzibati protokol tərtib olunub.

APA-nın məlumatına görə şəhərin küçələrində piyadaların və nəqliyyatın hərəkətinin minimum həddə düşməsinə rəğmən müvafiq karantin rejimi və yeni qaydalara riayət olunmayan hallar da qeydə alınıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidməti Şəki Regional Qrupundan APA-nın yerli bürosuna verilən məlumata əsasən, şəhərdə xüsusi rejimə nəzarət edən Polis Şöbəsi əməkdaşları tələbləri pozduğuna görə 12 vətəndaş haqqında inzibati protokol tərtib edib. Onların hər biri cərimələnib.

Onu da qeyd edək ki, şəhərin giriş-çıxış nöqtələrində qoyulan müvəqqəti nəzarət postlarında da son günlər ərzində iki dəfə olaraq qanunsuz keçidə cəhd göstərilib. Birinci halda Ağdaş rayon sakinlərinə şifahi xəbərdarlıq edilərək geri qaytarılıb. “Mercedes” markalı minik maşını ilə Gəncə şosesi istiqamətindən Mingəçevirə girməyə çalışan  Yevlax rayon sakini haqqında inzibati cəza tətbiq olunub.


Xəbər xətti