Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

16:49 - 5 Aprel 2020 - DÜNYA

Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb. Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır. Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib. 

Xəbər xətti