Gürcüstanda koronavirusa yoluxanların sayı artıb- daha 1 nəfər öldü

12:38 - 5 Aprel 2020 - Xəbər

Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.

“Report” xəbər verir ki, həmin şəxs 81 yaşlı qadındır. Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.

Xəbər xətti