Avstraliya işğal olunmuş Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır

16:20 - 3 Aprel 2020 - Xəbər

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda martın 31-də keçirilmiş qondarma "seçkilər"i tanımır.

Bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun öz "Twitter"səhifəsində yazıb. Səfir bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dinc nizamlanmasında rolunu davam etdirməsi çox vacibdir.///trend

Xəbər xətti