Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

11:49 - 3 Aprel 2020 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 2-i saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.///report
 

 

Xəbər xətti