Türkiyədə daha bir məşhur koronavirusa yoluxdu

11:43 - 3 Aprel 2020 - DÜNYA

“Erkenci Kuş”, “Çocuk”, “Mucize Doktor” kimi seriallarda rol alaraq populyarlıq qazanan aktrisa Cansın Çekili COVİD- 19 epidemiyasına yoluxub.

Bu barədə o, instaqram səhifəsində məlumat verib: “20 gündür alergiyamın olduğunu düşünürdüm. Keçən həftə xəstəxanaya getdim, edilən testin nəticəsi pozitiv çıxdı.

Çevrəmdən, ətrafımdan təcrid olunmuşam. Xəstəlik çox çətin və yorucu bir şeydir. Öskürməkdən sinəm ağrıyır. Çox sevdiyim şokodalın dadını ala bilmirəm. Qoxubilmə qabiliyyətim də itib. Səhhətinizə diqqət edin”.///qafqazinfo

 


Xəbər xətti