Ana səhifə
16 Noyabr 2018

“Statoil” şirkəti “Şahdəniz”i tərk etdi

İlham Şaban: Bu heç də şirkətin kommersiya maraqlari ilə bağli deyil

 

 

Norveçin “Statoil” şirkəti “Şahdəniz” layihəsindəki 15,5 faizlik iştirak payını və Cənubi Qafqaz qaz kəmərindəki eyni miqdarda payını Malayziyanın “Petronas” şirkətinə satıb. Sövdələşmənin dəyəri 2,25 milyard dollar təşkil edir. Bu barədə şirkətin məlumatında deyilir.

Qeyd edək ki, Fransanın Total şirkəti də öz payını Türkiyənin TPAO şirkətinə sataraq  “Şahdəniz”  layihəsini tərk edib.
Beləliklə, bundan sonar “Şahdəniz”  layihəsində şirkətlərin payı Şahdəniz: BP (operator – 28,8 faiz), ARDNŞ (16,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz) kimi olacaq.

Bu məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, əslində Norveçin dövlətə məxsus neft və qaz şirkətinin gec-tez belə bir qərar verəcəyi artıq bir il əvvəl özünü büruzə verməyə başlamışdı: “O zaman, yəni 2013-cü ilin oktyabrın sonunda Statoil şirkəti Fransanın Total şirkəti ilə SOCAR-a bildiriblər ki, onlar TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu “Statoil” nümayəndələri qeyri-rəsmi söhbətlərdə layihənin bahalığı ilə izah etməyə çalışırdılar. Və nəhayət, 2013-cü ilin dekabrında SOCAR və  tərəfdaşları Şahdənizin “Mərhələ-2” layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən Norveç şirkəti tərəfindən gözlənilməz bir “bəd xəbər” aldılar. Bu xəbərin məğzi ondan ibarət idi ki, “Statoil” faktiki olaraq Xəzər qazının Avropaya çatdırılması yönümündə ən önəmli resursr bazası kimi ortada olan “Şahdəniz-2” layihəsinin bahalığını bəhanə gətirib onun maliyyələşdirilməsində problemlərlə цzləşdiyini ortaya qoyurdu və layihənin operatoruna, o çümlədən layihəni təsdiq etməli olan Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, “mən payımı satmalıyam”.

İ.Şaban deyir ki, bu məqamda faktiki laraq BP və SOCAR qısa zamanda «Statoil» ширкятинин 10 faizini alaraq dekabrın 17-də “Mərhələ-2” layihəsinin nəzərdə tutulduğu vaxtda imzalanmasını həyata keçirə bildilər: “O zaman mən xəbər vermişdim ki, «Statoil» иAzərbaycanın infrastruktur layihələrini də tərk etməyə hazırlaşır və buna çoxları nəinki şübhə, hətta qeyri-cddi yanaşmışdılar. Beləliklə, «Statoil» rəsmən elan etdi ki, o “Şahdəniz”dəki və Cənub-Qafqaz boru kəməri layihəsindəki 15,5 faiz payını,  o cümlədən Azerbaijan Gas Supply Company şirkətindəki 12,4 faizini Malaziyanın Petronas şirkətinə 2,25 milyard dollara satıb”.

Müsahibimiz vurğulayır ki, cəmi 1 il əvvəl isə “Statoil” BP ilə “Şahdəniz”də eyni paya malik idi: “Həmçinin hüquqi baxımdan Azərbaycan qazının «Şahdəniz-1» layihəsində satıcısı kimi kommersiya operatoru olaraq qalırdı. Butun bunlardan imtina etmək, məncə, həqiqətən kommersiya strategiyasi ilə və ya rentabelliyin azlığı məsələsi ilə inandırıcı görsənə bilməz. İkinci dəlili meqa layihələri tərk edəndə adətən kiçik və orta şirkətlər əsas kimi gətirirlər”.

Ekspertin fikrincə, layihənin kommersiya cəhətdən cəlbediciliyini isə o məqam vurğulayır ki, «Statoil» ширкяти  “Şahdəniz”dəki öz payını 1 il əvvəlkindən çox da olmasa, ancaq baha sata bildi: “Əgər 2013-cü ilin dekabrında 10 faizlik payını 1,45 milyarda BP və SOCAR-a satmışdısa, indi 15 faiz payını 2,25 milyarda satdı. Əgər nəzərə alsaq ki, dollar bahalaşmağa doğru gedir, demək “Şahdəniz”ə olan maraq böyükdür. Əsasən də regionda işləyən şirkətlər tərəfindən. Elə bu yaxınlarda TPAO-nun öz payını 9 faizdən 19 faizdək yüksəltməsi buna real sübutdur. Дemək “Statoil”un Şahdənizdən və infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil”.

 

 

Əfsun

 

Tarix
13 Oktyabr 2014 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin