Tarixin ən yaxşı futbolçusu seçildi

18:11 - 2 Aprel 2020 - İDMAN

Ronaldu Messini qabaqladı

İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.  "Report"un məlumatına görə, səsvermə pley-off formatında təşkil edilib. Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə adlayıb.

Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldu ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldu səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb.
Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib.

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub. 

Xəbər xətti