Biləsuvarda tələbə qəfildən öldü- Foto

17:53 - 2 Aprel 2020 - HADİSƏ

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Hadisə rayonun Amankənd kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.///Report


Xəbər xətti