Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub

16:11 - 2 Aprel 2020 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Bununla bağlı müvafiq əmri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev imzalayıb. Əmrə əsasən, Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi təyin edilib.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə gətirilib.///oxu.az

Xəbər xətti