Azərbaycan Banklar Assosiasiyası ödəniş kart sahiblərinə müraciət edib

14:27 - 2 Aprel 2020 - Xəbər

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunmasının priortet vəzifə elan edilməsini, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanatla çıxış edib.

"Report" Assosiasiyaya istinadən xəbər verir ki, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılsın.
İstifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.

Xəbər xətti