Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub

13:51 - 2 Aprel 2020 - Xəbər

Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub.

Dövlət başçısı İlham Əliyev tərəfindən bununla bağlı müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, S. Ələkbərov bundan əvvəl Vergilər nazirinin müavini vəzifəsində çalışıb.

S. Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
2010-cu il iyul ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyevin 996 saylı Sərəncamı ilə Vergilər nazirinin müavini təyin olunub.///Apa

Xəbər xətti