DİN: Yalan məlumatlar yayan 10 nəfər həbs edilib

13:33 - 2 Aprel 2020 - Xəbər

Ölkədə pandemiya ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) İctimai təhlükəsizlik Baş İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib. Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.///trend

Xəbər xətti