DİN: Vətəndaşlardan qoruyucu vasitələrdən istifadə etməsi tələb olunur

13:04 - 2 Aprel 2020 - Xəbər

Vətəndaşların qoruyucu vasitələrdən istifadə etməsi karantin rejiminin əsas tələblərindən biridir və hər kəs buna əməl etməlidir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mağaza və apteklərə gedən insanlardan tibbi maska taxması, əlcək geyinməsi tələbi qoyulub-qoyulmaması barədə suala cavab verərkən bildirib.

Rəis müavini deyib ki, xidməti vəzifələrini icra edən polislər də vətəndaşlara yaxınlaşaraq, onlardan qoruyucu vasitələrdən istifadə olunmasını tələb edirlər:
“Çatışmazlıq da nəzərə alınır, vətəndaşlardan qoruyucu vasitələrdən istifadə etməsi tələb olunur”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.///trend

Xəbər xətti