İtaliya koronavirusdan ölümlərin çox olmasının səbəbini açıqladı

10:55 - 2 Aprel 2020 - DÜNYA

İtaliya koronavirusla bağlı ölüm hallarının çox olmasını qışın isti keçməsi ilə əlaqələndirib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Nazirlik tərəfindən hazırlanan hesabatda noyabr-yanvar aylarında müşahidə olunan yüngül qrip epidemiyasının koronavirusla bağlı ölüm səviyyəsinin yüksək olmasına səbəb olduğu qeyd edilib.

Statistikaya əsasən, İtaliyada hər il təxminən 8 000 insan qripdən ölür./oxu.az

 

Xəbər xətti