ÜST-nın Baş direktoru: “Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək”

22:44 - 1 Aprel 2020 - DÜNYA

Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı yaxın günlərdə artacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“Ölənlərin sayı son bir həftədə iki dəfədən çox artıb. Yaxın bir neçə gündə COVID-19-dan ölənlərin sayı 50 minə, koronavirusa yoluxanların sayı isə 1 milyona çatacaq”-deyə, o bildirib. 

Xəbər xətti