Türkiyədə koronavirusa yoluxanların sayı 15 mini keçdi- 277 nəfər ölüb

21:01 - 1 Aprel 2020 - DÜNYA

Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 214-dən 277 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 800-ü ötüb. Bunların 190 684 nəfəri sağalıb, 45 335 nəfəri isə ölüb.///report

Xəbər xətti