ETSN-də yeni təyinat olub

16:02 - 1 Aprel 2020 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Xəbər xətti