Bakıda ağır qəza- iki nəfər ölüb

12:43 - 1 Aprel 2020 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə, avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Xəbər xətti