Koronavirus Tehranda faciəyə səbəb ola bilər

İranda koronavirusla əlaqədar Tehran sakinlərinin səhlənkarlığı faciəyə səbəb ola bilər.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Tehran şəhəri üzrə koronavirusla mübarizə komitəsinin sədri Ə.Zalinin sözlərinə görə, hazırda bu virus sürətlə yayılmaqdadır. Bir çox vətəndaş ilin son günlərində (İranda yeni il 20 martdan başlayıb) xəbərdarlıqlara diqqət yetirməyib və bu halın Təbiət Günündə də baş verməsi mümkündür.

O əlavə edib ki, hazırda Tehran xəstəxanalarına ilin son günlərində xəbərdarlıqları yerinə yetirməyərək bazarlara və izdihamlı məkanlara çıxan şəxslər yerləşdiriliblər.

İranlı rəsmi bildirib ki, Təbiət Günündə vətəndaşların mənzili tərk etməsi 2 həftə müddətinə vəziyyətin ağırlaşması ilə nəticələnə bilər.

“Koronavirus vətəndaşların bir yerə toplaşmasından yeni bioloji əsas kimi istifadə edir. 2-5 nəfərin 15 dəqiqə müddətinə 1,5 metrdən az məsafə ilə bir yerə toplaşması virusun yayılmasına optimal şərait yaradır”, - deyə o qeyd edib.

Zali Tehranda 2,26 min istirahət parkının olduğunu və parkların bağlandığını deyib.

Qeyd edək ki, Tehran şəhərinə dövlət nömrə nişanı kənar şəhərlərə məxsus avtomobillərin girişinə qadağa qoyulub. Qadağanı pozan avtomobil sürücüsünə 5 milyon rial (təxminən 119 dollar) cərimə təyin olunub. Bu qayda İranın bir çox vilayətlərinə tətbiq edilib.

İranda bu gün Təbiət Günü olaraq qeyd edilir. Belə ki, vətəndaşlar təbiətin qoynuna çıxaraq istirahət edirlər.

Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.

 

Tarix
1 Aprel 2020 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-01 12:11:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin