Ana səhifə
20 Noyabr 2018

Dənizdə 4 azərbaycanlı saxlanıldı

Dörd Azərbaycan və bir Qazaxıstan vətəndaşı Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovuna görə saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Trend-in Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən yaydığı xəbərə görə, əməliyyat zamanı üç üzmə vasitəsi və nərəkimilər cinsindən 71 balıq götürülüb:

«Birinci halda dövlət sərhədinin pozulması haqqında məlumat daxil olanda naryad dörd Azərbaycan vətəndaşını saxlayıb. Qazaxıstanın Sahil Mühafizəsi Regional İdarəsinin sərhədçiləri «Bayda» tipli üçmühərrikli kiçik «Yamaxa-200» üzmə vasitəsi götürüblər».

İstirahət günləri brakonyerliyə qarşı tədbirlər zamanı sərhədçilər qaçaqmalçılıqla bağlı bir neçə hadisənin qarşısını alıblar.

 

Tarix
13 Oktyabr 2014 [14:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin