“BP Azərbaycan”dan sosial şəbəkələrdə yayılan video ilə bağlı - AÇIQLAMA

Sosial şəbəkələrdə orta yaşlı bir kişinin əllərini spirtləyərək liftin düyməsini ayağı ilə basmasını əks etdirən videogörüntü yayılıb.

İstifadəçilər həmin şəxsin "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayev olduğunu iddia ediblər. Şirkətin mətbuat katibi Tamam Bayatlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır. Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik".

T. Bayatlı bildirib ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər.

Tarix
31 Mart 2020 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 13:57:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin