Avropa İttifaqı Qarabağ separatçılarını pislədi

13:24 - 31 Mart 2020 - Xəbər

Avropa İttifaqı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimdə keçirilən qondarma “prezident və parlament seçkiləri”ni pisləyib.

Bu barədə Oxu.Az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
“Avropa İttifaqı təkrar bildirir ki, bu, konstitusiyaya və hüquqi çərçivəyə ziddir. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari​ danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz”, - deyə bəyanatda qeyd olunub.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini bəyan edib:
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməkdə davam etməyə hazırdır”.

Xəbər xətti