Ötən il Azərbaycanda 660 uşaq övladlığa götürülüb

2019-cu ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ötən il 345-i oğlan, 315-i qız olmaqla, ümumilikdə 660 uşaq, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla, 14 uşaq övladlığa götürülüb.
2018-ci illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb.

Məhkəmələr tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq, 82 hal təşkil edib.
2019-cu ildə övladlığa götürülən uşaqlardan 175-i 1 yaşadək, 296-sı 1-5 yaş, 115-i 6-10 yaş, 74-ü isə 11-17 yaş arasında olub.

Tarix
31 Mart 2020 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 12:50:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin