Messi: "İşçilərə görə maaşımızın 70 faizindən imtina etdik"

16:35 - 30 Mart 2020 - İDMAN

Koronavirus pandemiyası ilə əlaqədar ciddi maliyyə problemi ilə üzləşən "Barselona"da futbolçuların maaşlarının kəsiləcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun kapitanı Lionel Messi deyib.

Argentinalı superulduz bildirib ki, işçilərin məvaciblərini tam ala bilmələri üçün futbolçular maaşlarının 70 faizindən imtina ediblər: "Klubun gələcəkdə maddi problem yaşamaması və əməkdaşların işdən çıxarılmalarının qarşısının alınması üçün biz futbolçular maaşlarımızın 70 faizindən imtina etdik. Üstəlik, bu ağır dönəm bitənə qədər klubun əməkdaşlarına köməyimizi əsirgəməyəcəyik və maaşlarını da tam almalarına şərait yaradacağıq".

Qeyd edək ki, "Barselona"da futbolçuların ümumi illik maaşı 427 milyon avrodur.

Xəbər xətti