Ana səhifə
26 Sentyabr 2018

İflasa uğramış müxalifət

Aydın Mirzəzadə: “Milli Şuranın mitinqi  radikal siyasi müxalifətin iflasının daha bir göstəricisi oldu”

 

 

Tahir Kərimli: “Mitinq müxalifət arasında əqidə birliyinin olmamasını bir daha üzə çıxardı”

 

 

Milli Şuranın son mitinqi bu qurumun zəifliyini ortaya qoymaqla yanaşı, müxalifət partiyaları arasında “intriqaların” hələ də davam etdiyini nümayiş etdirdi. Məhsul” meydanında baş tutan mitinqə çox az adam toplaşdı. Mitinq heç vaxt olmadığı kimi sönük və maraqsız keçdi. Ekspertlər hesab edirlər ki, müxalifət partiyalarının toplaşdığı bu aksiyanın müxalifətin zəifliyini və heç bir gücə malik olmadıqlarını bir daha oraya qoydu. Mitinqdə 10 minə yaxın iştirakçının olduğunu elan edilsə də, rəsmi açıqlamalar bunun tam əksini ortaya qoydu. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi mitinqdə 900 nəfərin iştirak etdiyini dedi. Rəsmi məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən mitinqdə həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Mitinqdə yalnız AXCP-nin təbliğ olunması halları da qeyd olunmaqla, bunun digər partiyalar tərəfindən qəbul olunmadığı önə çəkilib. Yenə də müsavatçılarla cəbhəçilər arasında uzun zamandan bəri davam edən zidiyyət, əks münasibət özünü göstərib. Narazı qalanların təkcə müsavatçılar deyil, KXCP, VHP və digər siyasi partiyaların nümayəndələri olduğu da bildirilir. Onlar ancaq AXCP-nin təbliğ olunmasına etiraz ediblər. Belə qeyd olunur ki, mitinqdə digər siyasi partiyaların təmsilçilərinin çıxış etməsinə Əli Kərimli imkan verməyib. Hətta Əli bəy razı olmayıb ki, mitinqin aparıcısı İsa Qəmbərin meydanda olduğunu dilə gətirsin. Bu, AXCP-nin Müsavatla əvvəlki illərin haqq-hesabını “çürütməsi” kimi qeyd olunur.

Bir sözlə, müxalifətin 21 illlik birlik axtarışı bu dəfə də “suya düşdü”. Çünki müxalifətin daxilində olan “intriqalar” böyük ideyaların reallaşmasına imkan vermir. Bu mitinqdə vacib addımların atılacağı qeyd olunsa da, bu baş vermədi.

Bir çoxları isə belə bir mitinqə ehtiyac duyulmadığını düşünürlər.

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Milli Şuranın mitinqi Azərbaycanın radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu. Onun sözlərinə görə, mitinqə bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün kiçik rəqəmdir: "Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular. Yəni, bu tədbiri mitinq adlandırmaq qətiyyən olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. “Milli Şura”nın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qalıdırılması istənilən tədbirdə görünmək arzusundan, seçkidən-seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi. Ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur. “Milli Şura”nın keçirdiyi mitinqində AXCP fəalları tərəfindən İŞİD terror təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir".

 

Politoloq Tofiq Abbasov bildirdi ki, Milli Şuranın təşəbbüsü ilə 12 oktyabrda keçirilmiş mitinq birləşmiş müxalifətin siyasi imkanlarının zəif olmasını bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, hakimiyyətlə mübarizə aparan qüvvələr son kütləvi aksiyanı hansı səbəbdən keçirmək qərarına gəldiklərinə izah verə bilmədilər. “Elə təəssürat yaranır ki, Milli Şura bir növ özü üçün sıralarının nə vəziyyətdə olmasına baxış keçirmək üçün belə bir addım atdı.  Digər tərəfdən müxaliflərin aksiya zamanı səsləndirdikləri şüar, çağırış və tezislər də göstərdi ki, AXCP, digər partiya və təşkilatın mövcud vəziyyətə yanaşmasında elə bir dəyişiklik baş verməyib və hakimiyyətə opponentlik edən qüvvə yalnız taktiki korrektələrlə kifayətlənir. Ona görə də Yasamal rayonunun "Məhsul" stadionuna gələnlərin sayı, mitinq fəallarının davranışı müxalifət sıralarında durğunluğun olmasının bariz şəkildə açıqladı”.

T.Abbasov, İŞİD bayraqlarının mitinqdə peyda olmasını vurğulamaqla, bunu da narahatlıq doğuran məqam hesab etdi. Onun söllərinə görə, həmin bayraqların orada görünməsi, təsadüfdən doğmayıb.

“Bəlli olan budur ki, İŞİD sıralarında azərbaycanlılar da var. Onların bir qismi Gürcüstanda yaşayan soydaşlarımızdır. Əgər müxalifətin aksiyasında işidçilərin izi göründüsə, deməli onların müxalifət sıralarına yol açanları da var. Bu çox təhlükəli və ciddi narahatlıq doğuran məqamdır.

Ona görə hesab edirəm ki, belə hallara cəmiyyət və xüsusi ilə də hüquq-mühafizə orqanları göz yummamalıdırlar. Çünki İŞİD rəhbərləri öz hədəfləri barədə danışarkan bütün ətraf ölkələri öz hədəfinə alacaqları barədə mesajlar vermişdirlər. Odur ki, bu məsələ ilə ciddi məşğul olmaq vacibdir”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə müxalifətin bir hissəsinin mitinqi vacib saymasına baxmayaraq, onu səmərəsiz yanaşma hesab etdi. Onun sözlərinə görə, bu gün Milli Şuranın qaldırdığı məsələlərin əslində insan haqları uğrunda mübarizə apran təşklatlar tərəfindən önə çıxarılması daha doğru olardı. T.Kərimli bildirdi ki, siyasi partiyaların missiyasi hakimiyyət uğrunda mübarizədir. “Hakimiyyətə gələmək istəyən siyasi partiylar sosial bazaya malik olmalıdırlar.  Bu gün müxalifətin ətrafında kifayət qədər sosial baza yoxdur. Üstəlik müxalifətin özü  monolit deyil və bir -birini müdafiə eləmirlər, bir-birinə qarşı səmimi deyillər.  Xalq bunu görüb onlara yaxın durmurlar. Mitinq müxalifət arasında əqidə birliyinin olmamasını bir daha üzə çıxardı. Əslində pərdəarxasında olan məsələlər də burda üzə çıxdı. Güman edirəm ki, müxalifət bu mitinqdən qalibiyyətlə çıxmadı. Müxalifət dərs götürdü ki, bu cür ovqatla, bu cür vəziyyətlə arzu elədikləri şəkildə mitinq keçirməyə qadir deyillər. Ona görə də etiraz forması göstərsələr də, kütləvi dəstəyə malik olmadıqaları bir daha ortya çıxdı. Bunlar  cəmiyyətə mesaj verdilər ki, hakimiyyət üçün şansı olan qüvvələr deyillər”.

Politoloq Qabil Hüseynli hesab edir ki, son mitinq əvvəlki kütləvi aksiyalarla müqayisədə qat-qat aşağı səviyyədə olub. Onun sözlərinə görə, Milli Şuranın bu aksiyası cəmiyyətdə mitinq haqqında təsəvvürü zəiflətdi.

Politoloq hesab edir ki, son mitinq artıq cəmiyyətin radikal tələbləri qəbul etmədiyini göstərdi. “Ona görə də nisbətən sakit və cəmiyyətin əhval-ruhiyəsinə uyğun hərəkət etmək lazımdır. Çünki Prezident İlham Əliyev iqtidarı ciddi uğurlar qazanmaqla fəaliyyət göstərir. Bu fonda əks şüarlar səsləndirməklə cəmiyyəti öz tərəfinə şəkmək, çox çətindir. Ona görə də hesab edirəm ki, mitinq müxalifətin özü üçün vacib olsa da, cəmiyyət üçün o qədər də lazım deyildi”.

 

 

Tahirə Qafarlı

Tarix
13 Oktyabr 2014 [21:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin