“Seyid Sadiq” ləqəbli narkotacir tutulub - Foto

14:16 - 30 Mart 2020 - Xəbər

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.  

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmetdi oğlu saxlanılıb.  Seyidsadiq Ağami barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.///Apa

Xəbər xətti