Dünyada 634 835 nəfər koronavirusa yoluxub

23:41 - 29 Mart 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 63 min nəfər artıb, 3 464 nəfər virusun qurbanı olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib. Məlumata görə, koronavirusa yoluxanların sayı 634 835 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlik 29 957 nəfərin həyatına son qoyub.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Xəbər xətti