Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi

Milli Məclisdə ilk dəfə videokonfrans keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

Bu gün - martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

Tarix
29 Mart 2020 [14:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-29 14:46:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin