Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 16 nəfər dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb. Məlumata əsasən, bu gün Türkiyədə 7641 koronavirus testi keçirilib və onlardan 1704-nün nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 108 nəfər təşkil edir.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 7402 nəfərə çatıb, 70 nəfər isə xəstəlikdən sağalıb.///trend