Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - RƏSMİ AÇIQLAMA

18:31 - 27 Mart 2020 - Xəbər

Bakıda metronun “28 May” stansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

Onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir. Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçənin giriş-çıxışını bağlayıb.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:
“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.

Xəbər xətti