Sosial izolyasiya qərarı və digər tədbirlər milli təhlükəsizliyimizə xidmət edir

16:01 - 27 Mart 2020 - Xəbər

Hazırda, nəinki Azərbaycanın, bütün dünyanın gündəminə çevrilmiş və yer üzünü bürüyən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə dövlətimiz bir çox ölkəyə nümunə olacaq addımlar atmaqda davam edir.

Təkcə bir məqamı qeyd edək ki, bu istiqamətdə görülən onlarla tədbirdən biri olan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,  Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrılması, Prezidentin vətəndaşlara, xalqa verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Bu mühüm addımlardan biridir və bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Sosial izolyasiya qərarından tutmuş, digər mühüm operativ tədbirlərəcan olan atılmış addımlar milli təhlükəsizliyimizə xidmət edir.  Ayrılan məlum vəsait verilən qərarlar isə təkcə sahibkarlara, tibb işçilərinə olan qayğı deyil, ümumilikdə bütün vətəndaşlarımıza olan qayğıdır. Azərbaycan Respublikası Prezidentinin bu istiqamətdə atdığı addımları Sərəncam və tədbirlərini vətəndaş cəmiyyətləri alqışlayır və dəstəkləyir!

Bütün bu tədbirlərlə yanaşı, son bir ayda cəmiyyətimizin əsas diqqətində olan, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi,  siyasi partiya rəhbərləri ilə görüşlər və müzakirələr  keçirldi. Mətbuatdan əldə etdiyimiz məllumata əsasən  bu günə qədər 50-dən çox siyasi partiya ilə görüşlər keçirilib. Görüşlərdə siyasi partiyalar və dövlət münasibətləri, siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri mövzusunda diskusiyalar aparılması da təqdir edilməlidir. Ümidvarıq ki,  bu dialoqlar hakim partiyanın apardığı uğurlu siyasətin demokratik, şəffaf olaraq cəmiyyətimizə ötürülməsində önəmli rol oynayacaq. Ölkə Prezidenti İlham Əliyevin bu təşəbbüsə münasibət bildirməsi, səsləndirdiyi fikirləri, ölkəmizin demokratik dövlət olmasının ən bariz nümunəsidir. Bütün siyasi partiyalarla dialoqun aparılması,  vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də, yüksək dəyərləndirilir. Ancaq, radikal mövqeyi ilə seçilən AXCP sdəri Əli Kərimlinin bu istiqamətdə atdığı qərəzli addımı, dialoqa yanaşmaması, vətəndaş cəmiyyəti təmsilçilərini onun real simasını bir daha göstərdi.

Yəni bu gün Qeyri-Hökumət Təşkilatları ölkənin  ictimai-siyası proseslərini daima izləyir, aparılan uğurlu islahatları,  seçki prosesini yaxından müşahidə edir. Bir müddət öncə keçirilmiş növbədənkənar parlament seçkilərində rekord  namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulmasını isə demokratiyanın təzahürü kimi qiymətləndirilir. Bildiyimiz kimi artıq çağırış Milli Məclisin ilk iclası da keçirilib. İclasda müstəqillik tariximizdən bəri ilk dəfə olaraq parlamentə xanım spiker seçilmişdir. Cəmiyyət şahidi oldu ki, gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Hesab edirik ki, bu hadisə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaqla yanaşı cəmiyyətimizin inkişafı və dövlət quruculuğu prosesində qadınların rolunu daha da gücləndirəcək. Ölkəmizdə bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu demokratiyanın inkişafında önəmli addımdır.  Milli Məclisin rəhbərliyində müxalifət, partiyasının nümayəndəsinin yer alması müsbət qarşılanır. Müstəqillik dövründə Milli Məclisin vitse - spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmamışdır. Bu  hadisəni demokratiya yolunda atılmış uğurlu bir addım kimi yüksək qiymətləndiririk.

Natiq Heydərov
"Şans" Regionlara  Dəstək İB

Xəbər xətti