ÜST pandemiyanın gücləndiyini elan etdi – 4 günə 100 min yoluxma

16:23 - 27 Mart 2020 - Xəbər

Bütün dünyada 4 gün ərzində ən pik yoluxma qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bu rəqəmi keçdiyi üçün koronavirus pandemiyasının bir mərhələ də adlayıb gücləndiyini elan etdi.

ÜST rəhbəri Tedros Adan pandemiyanın sürətləndiyini bildirib. Birinci dəfə 100 min hədd 11 gün ərzində baş vermişdisə, ikinci 100 min cəmi 4 gün ərzində oldu. ÜST rəhbəri qeyd edib ki, hadisələrin gedişi və traektoriyasını dəyişmək olar. O, bütün ölkələri hamını koronavirus analizindən keçirib, aşkar olunmuş bütün xəstələri müalicəyə cəlb etməyə çağırıb.

Xəstələrlə təmasda olan bütün digər insanlar son nəfərinə kimi təyin edilib, karantinə alınmalıdır.///medicina.az

Xəbər xətti