Rusiyada bir gündə 200-dək koronavirusa yoluxma faktı qeydə alındı

12:34 - 27 Mart 2020 - DÜNYA

Rusiyada son sutka ərzində 196 nəfər koronavirusa yoluxub.


Trend-in məlumatına görə, ölkədə yoluxanların ümumi sayı 1 036 nəfərə çatıb.

Hazırda 988 nəfərin müalicəsi davam edir, bu günədək 45 nəfər sağalıb.

Qeyd edək ki, Rusiyada koronavirusdan 3 nəfər həyatını itirib.

Xəbər xətti