Bakıda polis karantin rejimini pozanları cərimələməyə başladı - Foto

12:20 - 27 Mart 2020 - Xəbər

Polis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.


Polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.

Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Qaydalara əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub./report


Xəbər xətti