Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

10:54 - 27 Mart 2020 - Xəbər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır. Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər xətti