Ana səhifə
14 Noyabr 2018

Ermənistan yenə dilənəcək

Ekspertlər Ermənistanın Aİ üzvlüyünü perspektivsiz sayırlar

 

 

Məlum olduğu kimi, MDB dövlət başçılarının son Sammitində Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv qəbul olunub. Müvafiq müqaviləni Minskdə oktyabrın 10-da dövlət başçıları imzalayıblar. Bununla da Ermənistan Rusiya, Belarus, Qazaxıstanla birlikdə Avrasiya İttifaqının tam hüquqlu üzvü olub. Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Anspress-in məlumatına görə, Ermənistanın bu təşkilata üzv qəbul olunması birmənalı qarşılanmayıb və əsl reallıq fərqlidir. Bəzi Ermənistan təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın Aİİ-yə daxil olmasını həm iqtisadi, həm də təhlükəsizliyi baxımından əlverişli olduğunu, ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət daşıyacağını söyləyirlər.

 

Ermənistan müxalifəti isə təşkilata üzvlüyə mənfi baxır, Ermənistan hakimiyyətinin bu addımını Dağlıq Qarabağın gələcək iqtisadi və siyasi durumu ilə bağlı tənqid edirlər: "Ermənistanın üzvlüyü iqtisadi baxımdan düzgün addım deyil. Bu, ilk növbədə ittifaqın iqtisadiyyatına zərər vuracaq."

 

Bu günlərdə Ermənistanın eks-prezidenti Robert Koçaryan bəyan edib ki, ölkənin iqtisadi inmkişafı ilə bağlı nikvin fikir söyləmək mümükün deyil.

 

 

Ermənilər "dilnçi ölkə" statusunu dəyişmək istəyirlər

 

 

Onu vurğulamaq yerinə düşər ki, Ermənistan rəhbərliyi bu addımı atmaqla Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrdən yardım umur, "dilənçi ölkə" statusunu dəyişmək istəyir. Hazırda bu ölkədə yaşayış səviyyəsi təhlükəli həddə çatıb. Bu mənzərəni görmək üçün bir müddət əvvəl “Komsomolskaya Pravda” qəzetinin Ermənistandan hazırladığı məqaləni xatırlatmaq yerinə düşər. Məqalədə rusiyalı jurnalist əvvəlcə Ermənistanda həyat şərtlərinin necə ağır olmasından bəhs edir.

 

“Ermənistan elə ölkədir ki, ona çox tez vurula bilərsən, çünki çox gözəldir. Ancaq burada yaşayanda onu sevmək çox çətindir” deyə, jurnalisti İrəvan aerportundan şəhərin mərkəzinə aparan taksinin sürücüsü danışır.

 

“Niyə?” jurnalist səbəbini soruşur. Erməni taksi sürücüsünün cavabı Ermənistanın indiki vəziyyətini uzun uzadı rəqəmlərdən və hesabatlardan daha dolğun təsvir edir: “Bizim çətinliklərimiz bütün qalan qonşularımızın çətinliklərinin cəmindən daha çoxdur. Baxın, nə qədər maşın var, tıxacdan getmək olmur. Hesab edirən ki, hamı belə varlıdır? Yox, hamısı kreditdədir. Hamı taksi sürücüsü olub, çünki başqa cür pul qazanmaq imkanı yoxdur. Bu gün İrəvanda o qədər taksi sürücüsü var ki, artıq fikirləşirsən bəs sərnişin kimdir. Belə təəsürat var ki, sərnişinlər ancaq fahişələrdir, bir də sizin kimi xarici jurnalistlər. Bəlkə Gömrük İttifaqında bizə kömək edərlər, iş yerləri açarlar, hə?”

 

Jurnalistin yazdığı kimi, Gömrük İttifaqı doğrudan da ən kasıb postsovet respublikalarından birinə kömək edə bilər, xüsusən də energetika sferasında. Hələlik ölkə ancaq Rusiya qazının hesabına yaşayır. Hətta avtomobilçilər də superbahalı benzindən qaçmaq üçün maşınlarında dəyişiklik edib qaz istifadə edirlər. “Qazla təkcə avtobuslar və yük maşınları yox, ən bahalı “Mersedes”lər də hərəkət edir.”

 

 

Serj sarkisyanın fiaskosu

 

 

Bu yazıdakı mənzərədən də göründüyü kimi, prezident Serj Sarkisyan, digər rəsmilər düşünürdülər ki, üzvlüklə bağlı yaranmış vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağı da qeyri-rəsmi şəkildə bu birliyə üzv edəcək və bununla da Azərbaycanın işğal altındakı torpaqlarında istehsal olunan məhsulları Ermənistan üzərindən Rusiya, Belarus və Qazaxıstanın bazarına daşımaq istəyəcək. Lakin bu çox təhlükəli oyunun qarşısı Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörənliyi ilə alındı. Belə ki, bu il mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Ermənistanın üzvlüyü məsələsi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qeyd-şərti səbəbindən təxirə salındı. N.Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevdən aldığı məktuba istinadən Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində qəbul olunmasını tələb etdi. Bu, əslində Ermənistanla bir iqtisadi məkanda olan Dağlıq Qarabağın Ermənistan Respublikasından gömrük məntəqəsi ilə ayrılması demək idi.

 

Bundan başqa, Minsk sammiti ərəfəsində Azərbaycan xarici işlər nazirinin Minskə baş çəkməsi və Belarus prezidenti tərəfindən xüsusi ehtiramla qəbul olunması ermənilərin bicliyini alt-üst etdi. Oktyabrın 10-da Minskdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etdi ki, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb. Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub. Qazaxıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə görmür. Beləliklə, S.Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb və nəticədə N.Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb. Bunu Azərbaycanın xarici siyasətinin qələbəsi saymaq olar.

 

 

Ekspertlər perspektiv görmürlər

 

 

Qazaxıstan və Belarus ekspertləri Ermənistanın təşkilata üzvlüyünü məqbul saymır, bu məsələdə perspektiv görmürlər. Onların fikrincə, Rusiya təşkilatın böyüməsi üçün itkilərə və xərclərə hazırdır. Belə olan təqdirdə, Moskva və Astananın öz məqsədləri üçün atacaqları addım maraq doğurmaya bilməz. Yəni, Ermənistanın üzvlüyü dərin analiz olunmalıdır: "Azərbaycanla mövcud olan iqtisadi əlaqələr Qazaxıstan və Belarus üçün daha əlverişli və uyğun görünür. Ermənistanın Avrasiya İttifaqına üzlüyü Azərbaycanla əlaqələrin gərginləşməsinə gətirəcək ki, bu da nə Qazaxıstanın, nə də Belarusun milli maraqlarına cavab vermir. Bu ölkələrin Ermənistandan hansı gəlirlər əldə edəcəyini anlamaq çətindir. Aİİ-ni yaradan üç ölkənin iqtisadi mühiti bir-birindən cüzi fərqlənir ki, bu amil də onların birləşməsinə səbəb oldu. Bu ölkələrin bir-birindən nəsə alıb-satmasına müəyyən zəmin var. Ermənistanla bağlı vəziyyət isə tamam fərqlidir. Qazaxıstanın və Belarusun xarici mal dövriyyəsində Ermənistanın payı cüzidir. Hansı mənfəət əldə ediləcəyini demək olduqca çətindir.”

 

Xatırlatmaq yerinə düşər, statistika göstərir ki, Ermənistanla Qazaxıstan arasında mal dövriyyəsi 2009-cu ildə 9 milyon, 2012-ci il üçün isə cəmi 10 milyon dollardan çox olmayıb. Azərbaycanla isə bu göstərici yarım milyard, yəni 500 milyon dollar həddindədir. Yanacaq, eləcə də digər neft məhsullarının Xəzər dənizi vasitəsi ilə nəqlində, eləcə də Bakı-Tbilisi-Ceyhan layihəsinə çıxışda Azərbaycan Qazaxıstan üçün həyatı vacib rol oynayır. Bakı-Aktau dəniz dəhlizinin fəaliyyəti isə Qazaxıstanın şərq əyalətlərinin sosial, iqtisadi inkişafında çox əhəmiyyətlidir. Bundan başqa, Azərbaycan həmçinin Qazaxıstandan iri həcmdə buğda ixrac edir. Belarusla Ermənistan arasında iqtisadi-ticarət əlaqələri də zəifdir. Amma bu ölkənin Azərbaycan ilə iqtisadi münasibətləri günbəgün genişlənir.

 

 

Rusiya öz maraqlarını axtarır

 

 

Aydın məsələdir ki, Rusiya öz maraqlarını axtarır, Ermənistan isə Qazaxıstan və Belarusdan yararlanaraq gömrük gəlirlərindən büdcəsini artırmağı düşünür. Ermənistanın Avrasiya İttifaqına üzv ölkələrin heç biri ilə qurudan sərhədi yoxdur. Misal üçün deyək ki, Ermənistanın daxili mal dövriyyəsi 10 milyard dollar təşkil edir ki, bu da Avrasiya İqtisadi İttifaqının ümumi göstəricisinin 0,4 faizi deməkdir. Rusiyadan fiziki şəxslər hesabına edilən pulköçürmələr Ermənistanın ixracatından daha böyükdür. Ermənistan cüzi göstəriciləri ilə Aİİ-nin iqtisadi inkişafına müsbət təsir göstərməsi mümkün deyil. Görünür, erməniləri bu yola sürükləyənlər üçün Ermənistanın bu ölkənin iqtisadi imkanları və göstəriciləri maraqlı deyil, təki "məqsəd" baş tutsun, İttifaq genişlənsin.

 

Ümumiyyətlə, təşkilatın genişlənməsi perspektivi Türkiyə, Çin, Monqolustanın üzvlüyünü nəzərdə tuturdu. Türkiyənin, Ukraynanın və Azərbaycanın 2013-cü ilin yazında Aİİ-yə üzv olması təklif olunub. Lakin, bu, Rusiya tərəfindən məqbul sayılmayıb, çünki belə olan halda Rusiyanın təşkilat daxilindəki hegemon mövqeyi zəifləyəcəkdi. On görə də Rusiya Ermənistanın, Qırğızıstanın və Tacikistanın üzvlüyünə isə siyasi genişlənmə kimi baxır. İndi Aİİ-yə Qırğızıstan da qoşulmaq istəyir. Minskdə Qırğızstan prezidenti Almazbek Atambayev deyib ki, bu ilin dekabrında Qırğızstan Birliklə üzvlük müqaviləsi imzalayacağına ümid edir. Hazırda Birlik Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlıq qurulması haqda danışıqlar aparır.

 

 

Qərb nə düşünür

 

 

Qərbdən olan ekspertlər Ermənistanın Rusiya himayəsi altında yaranan alyansa daxil olmasını demokratik təsisatların təsbitinə təhlükə adlandırır, Ermənistanın bu addımını iqtisadi sərhədlərinə nəzarəti başqa qurumun ixtiyarına verdiyini düşünürlər: "Hətta, Rusiya Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün hər şey etməyə hazırdır. Ermənistan bu ittifaqda subyekt deyil, sadəcə Azərbaycana təzyiq etmək aləti olacaq."

 

Ermənistan rəhbərliyi bu ilin mayında Gömrük İttifaqını seçəndən sonra ABŞ Serj Sarkisyanı devirmək üçün ssenarilər hazırlayıb. Çünki Ermənistan rəhbərliyinin bu addımı Qərb tərəfindən bəyənilmir və bu "yazıq ölkə"yə qarşı sərt tədbirlərini gücləndirmək qərarına gəlib. Buna sübut kimi, bu ilin yazında ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans İrəvanda gizli səfərdə olub və “Sivilitas” fondunun rəhbəri keçmiş xarici işlər naziri Vardan Oskanyan ilə görüşüb. V.Oskanyan Ermənistan hakimiyyətinin Avrasiya İttifaqı kursunu tənqid atəşinə tutur və bunun ağır nəticələr olacağı barədə narahatlığını bildirir.

Bundan başqa, Ermənistan baş nazirinin son dövrlərdə Vaşinqtona səfəri bəzi gizli mətləblərdən xəbər verir.

Məlumdur ki, Minsk sammiti ərəfəsində Ermənistanın Avrasiya İttifaqına üzv olması müqaviləsinin imzalanmasına qarşı İrəvanda kütləvi etiraz aksiyasını keçirilib, ölkə prezidentindən Ermənistanın suverenliyinə və ölkə Konstitusiyasına zıdd olan müqaviləni imzalamamağı tələb edib. Bu onu göstərir ki, bundan sonrakı proses Ermənistanda siyasi, iqtisadi və sosial partlayışları gücləndirəcək, məzlum xalqın "başbilənlərinin" başağrısına çevriləcək.

Tarix
13 Oktyabr 2014 [14:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin