Koronavirusla bağlı sosial videoçarx hazırlayıb - VİDEO

16:42 - 26 Mart 2020 - Xəbər

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal  şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113  xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“1542”-yə müraciət etmək tövsiyə olunur.

Xəbər xətti