Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Bakıda əxlaqsızlıq yuvasında əməliyyat- hər biri 100 manat cərimələndi

Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan videogörüntülərin xüsusatları araşdırılmaqla qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb. Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimələnib.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən, barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Tarix
26 Mart 2020 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-26 11:47:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin