“Dərs vaxtı”nın 25 mart cədvəli açıqlanıb

22:50 - 24 Mart 2020 - Xəbər

Martın 25-də yayımlanacaq “Dərs vaxtı” proqramının yeni cədvəli açıqlanıb. Sabahkı proqramda həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər olacaq. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. ///qafqazinfo

Xəbər xətti