İtaliyada son bir gündə 743 nəfər koronavirusdan ölüb

21:51 - 24 Mart 2020 - DÜNYA

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib. 

Bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli brifinqə bildirib. O qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: “Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb”.

A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib.
Xatırladaq ki, İtaliyada son 3 gündə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilirdi.///Apa

Xəbər xətti