İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü

20:30 - 24 Mart 2020 - DÜNYA

İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb.

RT ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb. Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib.

Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.
2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.///oxu.az

Xəbər xətti