Azərbaycanda faciəli hadisə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü- FOTO

15:11 - 24 Mart 2020 - HADİSƏ

Ucar rayonunda bədbəxt hadisə baş verib. 

Hadisə Təzə Şilyan kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti