Çin Uhanda karantin rejimini ləğv edir

10:01 - 24 Mart 2020 - DÜNYA

Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb. Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.

Xəbər xətti