Avtobuslarda normadan artıq sərnişin daşınması QADAĞAN EDİLDİ

23:28 - 23 Mart 2020 - Xəbər

Avtobuslarda sərnişinlər ancaq oturacaq sayına görə götürüləcək.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. İ. Məmmədov deyib ki, avtobusda olan yerlərin sayından artıq sərnişin götürülməsinə qadağa qoyulacaq: “Eyni zamanda sərnişinlərin özlərindən də çox şey asılıdır. Sərnişinlər də məsuliyyətli olmalıdırlar”.

Xəbər xətti