"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

15:40 - 23 Mart 2020 - Xəbər

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb. Trend xəbər verir ki, bu barədə "Formula-1"in rəsmi "Twitter" səhifəsində paylaşım edilib. Qeyd edilib ki, iyun ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi koronavirus səbəbilə keçirilməyəcək. Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi yarışın 5-7 iyun 2020-ci il tarixlərində baş tutacağı bildirilirdi. Bundan əvvəl Qran-prinin 7 mərhələsi təxirə salınıb.

Xəbər xətti