Vilayət Eyvazovdan yeni TƏYİNAT

11:15 - 23 Mart 2020 - Xəbər

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vahid Cəfərov sərəncama götürülüb.

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.
O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.

Xəbər xətti