İtaliyada bir gündə koronavirusdan 651 nəfər öldü

21:48 - 22 Mart 2020 - DÜNYA

İtaliyada son sutka ərzində koronavirusa yoluxmuş 651 nəfər vəfat edib. APA-nın xəbərinə görə, İtaliyada koronavirusdan ölənlərin sayı 5476-ya çatıb. Son 24 saat ərzində 5560 nəfər virusa yoluxub, bununla da ölkədə ümumilikdə virusa yoluxanların sayı 59138-ə çatıb. Bu günədək virusa yoluxmuş 7024 nəfər müalicə olunaraq sağalıb.

Xəbər xətti